Modern.az

Kiyevdəki Azərbaycan səfirliyi Lvova köçürüldü

Kiyevdəki Azərbaycan səfirliyi Lvova köçürüldü

Ölkə

8 Mart 2022, 11:22

Ukraynadakı vəziyyətlə əlaqədar, paytaxt Kiyevdə artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Ukraynanın Lvov şəhərinə köçüblər.

Bu barədə Modern.az saytına Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız, Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

 

Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar: 

+380 73 5050000
+380 99 408 99 43
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama