Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Vladimir Jirinovski fevralın 2-də koronavirus infeksiyasına görə ağırlaşmalarla xəstəxanaya yerləşdirilmişdi.
O, iki aydan artıq idi ki, yataq xəstəsi kimi həyatı dəstəkləyən cihazlara qoşulmuşdu.
75 yaşında koronavirusun qurbanı olan V.Jirinovski zaman-zaman Azərbaycan əleyhinə təhqiramiz fikirləri ilə gündəmə gəlib.
O, həm də Rusiya Dövlət Dumasının deputatı kimi parlamentdə Liberal Demokrat Partiyasının fraksiya rəhbəri idi.