Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunması ilə bağlı məlumat yayılıb.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva Modern.az-ın sorğusuna cavab olaraq bu məlumatın doğru olmadığını bildirib:
“Çünki Məzahir Pənahov indi yox, 2019-cu il mayın 27-də öz ərizəsi ilə işdən azad olunub”.
K.Quliyeva qeyd edib ki, Fakültə Elmi Şurasının 27 yanvar 2022-ci il qərarı ilə Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib.
BDU rəsmisi mətbuat orqanlarını istənilən məlumatı yayarkən dəqiqləşdirməyə çağırıb.
Qeyd edək ki, M.Pənahovun BDU-dakı vəzifəsindən azad olunması ilə bağlı məlumatı Qaynarinfo saytı yayıb.
Gülşən