Modern.az

Ölkəyə gələn bu şəxslərdən COVID pasportu tələb edilməyəcək

Ölkəyə gələn bu şəxslərdən COVID pasportu tələb edilməyəcək

Ölkə

14 Aprel 2022, 13:28

Yaşı 18-dək olan şəxslər COVID-19 pasportu olmadan da Azərbaycana daxil ola biləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” 2020-ci il 11 iyun tarixli 199 nömrəli və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında imzaladığı qərarda öz əksini tapıb.

 

Qərara əsasən, Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

 

Bundan əvvəl 18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilirdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama