Modern.az

“Putini zəhərləməsələr, öz yatağında ölməyəcək” - Məşhur bakılıdan maraqlı AÇIQLAMA

“Putini zəhərləməsələr, öz yatağında ölməyəcək” - Məşhur bakılıdan maraqlı AÇIQLAMA

Ölkə

27 Aprel 2022, 12:44

“Bəşəriyyətin gələcəyi bu gün Ukraynada həll olunur. Ukrayna həm sözün əsl, həm də məcazi mənasında qalib gələcək. Bu, təkcə işğalçı ordunun məğlubiyyətinə gerçəkləşdirən qələbə olmayacaq. Bu, təkcə bütün Ukraynanı - Luqanskdan Sevastopola qədər azad edəcək qələbə deyil, əslində azadlıq qüvvələrinin tiranlığa qarşı qələbəsi olacaq. Bu, hər yerdə əks-səda verəcək bir qələbə olacaq: Honq-Konqda, Tibetdə, Sincanda, İranda, Venesuelada - bütün dünyada. Bu, Putinin təmsil etdiyi şərin məğlubiyyəti olacaq”.

Modern.az xəbər verir ki, bu fikirləri məşhur bakılı şahmatçı-eks-dünya çempionu, Rusiyanın 2013-cü ildən mühacirətdə olan müxalifət liderlərindən biri Harri Kasparov səsləndirib.

H.Kasparov məşhur jurnalist Dmitri Qordona müsahibəsində onu da bildirib ki, Rusiyanın Ukrayna müharibəsində uğrayacağı məğlubiyyət sonda Moskvada əks-səda verəcək.

Onun sözlərinə görə, Ukrayna dünyanı XXI əsrin faşizm vəbasından xilas edəcək.

“Ona görə də bu qələbənin tarixi əhəmiyyəti olacaq. Və əmin ola bilərsiniz ki, tarix kitablarında bu, övladlarımızın və nəvələrimizin öyrənəcəkləri dönüş nöqtəsi olacaq”.

“Rusiya prezidenti Putin sizin üçün kimdir” sualına Harri Kasparov belə cavab verib:

“O, şübhəsiz ki, cinayətkardır... Mən həmişə demişəm ki, Putin 21-ci əsrdə dünyamız üçün ekzistensial təhlükədir. Putin əslində dərin keçmişin adamıdır... Putin dünyaya başqa cür baxır. Onun üçün zorakılıq həm də ölkəni idarə etmək və öz təsirini yaymaq üçün arzu olunan elementdir. Putin təkcə Stalinin deyil, İvan Qroznının da analoqudur”.

Kasparovun sözlərinə görə, Vladimir Putin dünyanı nüvə silahı ilə hədələməklə əslində blef edir:


“Düşünürəm ki, bu hədə hər şeydən əvvəl şişirdilir. Çünki, birincisi, özü bomba ata bilməz: düyməni basmağı əmr etməlidir… Tutaq ki, o qərara gəldi ki, hamı üçün ölüm vaxtıdır, amma ətrafındakı generalların və admiralların bu fikri bölüşdüyünə əminsinizmi?”.
 

 “Sizcə, Putinin sonu necə olacaq” sualına Harri Kasparov “düşünürəm ki, öz yatağında ölməyəcək. Təbii ki, əgər onu yatağında zəhərləməsələr”,- deyə cavab verib.

Eks-dünya çempionu bildirib ki, Ukrayna Putini əvvəlcə siyasi, sonra isə fiziki olaraq dəfn edəcək.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama