Modern.az

Bakı və İrəvanın rəsmiləri mayda Brüsseldə görüşə bilərlər - Prezident

Bakı və İrəvanın rəsmiləri mayda Brüsseldə görüşə bilərlər - Prezident

29 Aprel 2022, 13:02

Azərbaycan və Ermənistanın nümayəndələri mayın əvvəllərində Brüsseldə görüşə bilərlər.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

 

“Mayın əvvəllərində Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü təşkil etmək planı var”, - deyə dövlətimizin başçısı bəyan edib.

 

Avropa İttifaqını Azərbaycanın mühüm tərəfdaşı adlandıran Prezident İlham Əliyev deyib: “Bizim çox geniş əməkdaşlıq gündəliyimiz var. Biz Avropa İttifaqını vicdanlı aktor hesab edir və onun səylərini alqışlayırıq. İndi Minsk qrupu mövcud deyil, ona görə düşünürük ki, Avropa İttifaqı normallaşma prosesində öz rolunu oynaya bilər”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama