Modern.az

Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı

Ölkə

2 May 2022, 09:12

Azərbaycanda Ramazan bayramı qeyd olunur.

 

Modern.az xəbər verir ki, bu münasibətlə ölkənin bütün məscidlərində bayram namazı qılınıb.

 

Bayram namazı Əjdərbəy məscidində saat 09:00-da qılınıb. Təzə Pir məscidində isə saat 10:00-da başlayacaq.

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Strasburq şəhərində səfərdə olduğundan bayram namazında iştirak etməyib. 

 

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri qeyri-iş günüdür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama