Modern.az

Azərbaycanlı zəvvarlara YAŞ QADAĞASI – Bu şəxslər hacı ola bilməyəcək

Azərbaycanlı zəvvarlara YAŞ QADAĞASI – Bu şəxslər hacı ola bilməyəcək

10 May 2022, 11:18

Bu il ölkəmizdən Həcc ziyarətinə yalnız Azərbaycan vətəndaşları gedə biləcək.

 

Bu barədə Modern.az-a eksklüziv açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev bildirib.

 

Onun sözlərinə görə, 65 yaşdan yuxarı şəxslərin Həccə getməsinə icazə verilməyəcək.

 

“Azərbaycan vətəndaşı olan istənilən şəxs ziyarətə gedə bilər. Ziyarət yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Başqa ölkə vətəndaşları bizdən gedə bilməyəcək. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi. Bu il belə olmayacaq. Eyni zamanda qeyd edim ki, 65 yaşa qədər olan vətəndaşlar ziyarətə gedə biləcəklər. Yaşı 65-dən yuxarı olanlara icazə verilməyəcək” - QMİ rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, bu il Azərbaycandan olan zəvvarların Həcc ziyarətinə icazə verilib. 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər