Modern.az

Bayramov Mirzoyanla keçirəcəyi görüşdən DANIŞDI - Səmərəli olacaq

Bayramov Mirzoyanla keçirəcəyi görüşdən DANIŞDI - Səmərəli olacaq

12 May 2022, 16:08

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Rusiyanın XİN başçısı Sergey Lavrovla görüşündə həmkarı ilə qlobal təhlükəsizlik və regional məsələləri müzakirə edəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov Düşənbədə KİV-ə açıqlamasında bildirib.

 

“Təbii ki, regional inkişaf məsələlərini, eləcə də qlobal təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yaxşı imkan yaranacaq. Ənənəvi olaraq, son dövrlərdə bütün görüşlərimiz əsasən münaqişədən sonrakı nizama və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, üçtərəfli bəyanatların həyata keçirilməsinə həsr olunub”, - XİN başçısı deyib.

 

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək üçtərəfli görüşdə gündəliyin müzakirəsi çox səmərəli olacaq.


Qeyd edək ki, nazirlərin görüşü cümə günü MDB Nazirlər Şurasının iclasının keçiriləcəyi Düşənbədə keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama