2022-ci ilin yanvar-mart aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 568 nəfər gələn qeydiyyata alınıb.
Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, Azərbaycandan gedən 212 nəfər qeydiyyata düşüb.
Rəsmi məlumata görə, miqrasiya saldosu ölkə üzrə müsbət 356 nəfər təşkil edib.