Modern.az

Azərbaycanın ən yaşlı vətəndaşı odur - FOTO

Azərbaycanın ən yaşlı vətəndaşı odur - FOTO

Ölkə

2 İyun 2022, 15:46

Azərbaycanın ən yaşlı vətəndaşı Nuriyeva Şərabanı Əli qızıdır. 1900-ci ildə dünyaya göz açan Ş.Nuriyeva hazırda ölkəmizin ən yaşlı seçicisidir. O, Gədəbəy rayonunun Düz Rəsullu kəndində doğulub boya başa çatıb.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, 122 yaşlı Ş.Nuriyeva hazırda Bakı şəhərində qızı ilə birlikdə yaşayır.  

 

Ölkəmizin ən yaşlı sakini iki övlad anasıdır. Oğlu 75, qızı isə 60 yaşındadır. Bundan başqa, Ş.Nuriyevanın 6 nəvəsi, 13 nəticəsi var. Yaxınlarının bildirdiyinə görə, o gec evlənib. 

 

Hazırda yataq xəstəsi olan qadın qızının himayəsindədir.

 

Qeyd edək ki, Nuriyeva Şərabanı Əli qızının Azərbaycanın ən yaşlı seçicisi olması barədə məlumatı Mərkəzi Seçki Komissiyası açıqlayıb. 

 

Elmar Hüseynov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama