Modern.az

Vətən müharibəsi iştirakçısı niyə intihar edib? - TƏFƏRRÜAT

Vətən müharibəsi iştirakçısı niyə intihar edib? - TƏFƏRRÜAT

Ölkə

16 İyun 2022, 17:00

İkinci Qarabağ müharibəsinin iştirakçısı Maşallah Mənəfov intihar edib. 1986-cı il təvəllüdlü M. Mənəfov Sabirabad rayonunun Cavad kəndində özünü asaraq həyatına son qoyub.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, bir uşaq atası olan Maşallah son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkirmiş.

 

“Maşallah ailəli idi, bir oğul övladı yadigar qalıb. 2 ay olardı ki, işə düzəlmişdi. Marketlərdən birində satıcı işləyirdi. Müharibədən sonra fiziki xəsarətləri olmasa da, əsəb narahatlığı yaşayırdı. Onda bəzən problemlər müşahidə edilirdi", - deyə mərhumun yaxınları əməkdaşımıza bildiriblər.

 

Məlumata görə, müharibə iştirakçısı kəndin kənarında, yaşayış olmayan sahədə intihar edib:

 

“Əkin sahəsinin yaxınlığında intihar edib. Maşallah bu gün günorta saatlarında özünü oradakı söyüd ağacından asıb”.

 

İntihar səbəbinə gəlincə, mərhumun yaxınları bu barədə məlumatsız olduqlarını bildiriblər. İddialara görə, M.Mənəfov rayon icra hakimiyyətindən narazı olub. Narazılığın səbəbi açıqlanmayıb. 

 

Hazırda intihar faktı ilə əlaqədar araşdırma aparılır.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Vətən müharibəsi iştirakçısı M.Mənəfovun Sabirabad Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü öldürməsi ilə bağlı iddialar yayılmışdı. 

 

Elmar Hüseynov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama