Modern.az

Sabah Azərbaycan və Ermənistan XİN başçıları GÖRÜŞƏCƏK

Sabah Azərbaycan və Ermənistan XİN başçıları GÖRÜŞƏCƏK

Ölkə

15 İyul 2022, 18:08

Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında deyib.

 

"Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın", - deyə dövlət başçısı qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama