Modern.az

Azərbaycanda əhalinin sayı ARTIB

Azərbaycanda əhalinin sayı ARTIB

18 İyul 2022, 11:40

2022-ci ilin yanvar-may aylarında əhalinin sayı 22 781 nəfər və ya 0,2 faiz artıb.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən xəbərə görə, 2022-ci il iyun ayının 1-i vəziyyətinə əhalinin sayı 10 179 147 nəfərə çatıb.

 

Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə eyni olub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama