Modern.az

2 nəfərdən meymunçiçəyi testi götürülüb - Səhiyyə Nazirliyi

2 nəfərdən meymunçiçəyi testi götürülüb - Səhiyyə Nazirliyi

18 İyul 2022, 12:20

“Bu gün üçün meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb”.

 

Bu barədə Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Bildirilib ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur:

 

“Testlərdən istifadəyə gəldikdə, bu günə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərib. Hər iki şəxsin test nəticəsi neqativdir”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi