Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Xatırladaq ki, ölkə başçısının 2 aprel 2007-ci il tarixli sərəncamı ilə Lerikə icra başçısı gətirilən Rövşən Bağırov 2021-ci ilin aprelin 29-da vəzifədən çıxarılıb və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Həmin tarixdən bu günədək onun yerinə təyinat aparılmamışdı.