Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Xatırladaq ki, 2006-ci ilin fevralın 23-də Göygölün icra başçısı təyin olunan Arif Seyidov Prezidentin sərəncamı ilə 22 may 2020-ci ildə vəzifəsindən azad edilib. Həmin tarixdən bu günədək onun yerinə təyinat aparılmamışdı.