Modern.az

Kəlbəcərdə minaya düşən polkovnikin SON DURUMU

Kəlbəcərdə minaya düşən polkovnikin SON DURUMU

28 İyul 2022, 09:36

İyulun 26-da Kəlbəcər rayonunun işğaldan azad olunmuş Cəmilli kəndində minaya düşən Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandiri Vüqar İsbəndiyarovun son durumu məlum olub.

 

Modern.az xəbər verir ki, sol ayağının dizdən aşağı hissəsi amputasiya olunan peşəkar zabitin cərrahi əməliyyatı 5 saata yaxın davam edib.

 

Yaxınlarının bildirdiyinə görə, amputasiya olunan ayağın yuxarı ətraflarında vəziyyət stabildir. Sağ ayağın işlək vəziyyətə gəlməsi üçün tibbi müdaxilə edilib, müalicələr bir müddət davam etdiriləcək.

 

Ümumilikdə isə hərbi qulluqçunun vəziyyəti yaxşıya doğru dəyişib.

 

Xatırladaq ki, iyulun 26-da Kəlbəcər rayonunun işğaldan azad olunmuş ərazisində hərbi hissə komandiri polkovnik Vüqar İsbəndiyarov minaya düşüb. Vüqar İsbəndiyarov Cəmilli kəndində minaya düşərək ağır xəsarətlər alıb.

 

Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda cinayət işi açılıb.

 

Elmar Hüseynov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama