Modern.az

İlham Əliyevlə Qarabağdahadisələr barədə danışdıq” - Ərdoğan

“İlham Əliyevlə Qarabağdakı hadisələr barədə danışdıq” - Ərdoğan

6 Avqust 2022, 23:40

“İki gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ilə Qarabağda baş verən son hadisələr ətrafında geniş söhbət etmişik”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. 

 

Ərdoğan Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu bildirib. O vurğulayıb ki, Azərbaycan öz ərazilərində hansısa silahlı ünsürlərin olmasını qəbul etmir.

 

Ərdoğan, həmçinin qeyd edib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI