Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.
Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "Twitter" hesabında yazıb.
O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır.
"Avropa İttifaqı Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə Şarl Mişel bildirib.