Modern.az

Səfirimiz Türkiyə şəhidliyini ziyarət edib - FOTO

Səfirimiz Türkiyə şəhidliyini ziyarət edib - FOTO

8 Avqust 2022, 14:44

Bu gün Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatı və xaricdəki nümayəndəliklərinin rəhbərlərinin hər il təşkil olunan Səfirlər Konfransı çərçivəsində terror qurbanı olan Türkiyənin xaricdəki nümayəndəliklərinin Şəhidliyini Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov da ziyarət edib.

 

Modern.az xəbər verir ki, səfir R.Məmmədov ziyarət zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi adından Şəhidliyə əklil qoyub. 

 

Tədbirdə, həmçinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, nazir müavinləri Sedat Onal, Faruk Kaymakçı, Yavuz Selim Kıran, Türkiyə Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatının vəzifəli şəxsləri və Türkiyənin xaricdəki nümayəndəliklərinin rəhbərləri də iştirak edib.  

 

Bir dəqiqəlik sükutla başlayan mərasimdə çıxış edən Çavuşoğlu 1973-cü ildən bu yana terror təşkilatlarının Türkiyənin xaricdəki nümayəndəliklərini hədəfə aldığı hücumlarda diplomatlar və onların ailə üzvlərindən 41 nəfərin şəhid olduğunu vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama