Modern.az

Ərazi bütövlüyü tam təmin olunacaq - Ceyhun Bayramov

Ərazi bütövlüyü tam təmin olunacaq - Ceyhun Bayramov

9 Avqust 2022, 17:06

“Son gərginliyin əsas səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mediasına müsahibəsində deyib.

 

XİN başçısı bildirib ki, üçtərəfli bəyannamənin imzalanmasından təxminən 1 il 9 ay vaxt keçməsinə baxmayaraq, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

 

"Onlar hələ də Qarabağı tərk etməyib. Biz Ermənistandan təxribatlara son qoymasını tələb edirik. Ermənistan öz öhdəliklərini tam yerinə yetirməlidir. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycan öz suveren ərazisində heç bir qanunsuz erməni silahlı qüvvələrinin mövcud olmasına imkan verməyəcək. Biz bunu dəfələrlə demişik. Düşünürük ki, Ermənistan tərəfi buna ciddi yanaşmalıdır”,- nazir qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama