Modern.az

Bakıda dünyanın ən aktiv palçıq vulkanı püskürüb - YENİLƏNİB

Bakıda dünyanın ən aktiv palçıq vulkanı püskürüb - YENİLƏNİB

Ölkə

11 Avqust 2022, 11:22

Bu gün Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsi yaxınlığında yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.

 

Geologiya və Geofizika İnstitutundan Modern.az-a verilən məlumata görə, bu, güclü püskürmədir. Gurultulu səslə başlamış vulkan püskürməsi zamanı alov müşahidə olunyıb.

 

Müvafiq qurumların əməkdaşları hadisə yerinə yollanıb.

 

Məlumat üçün bildirək ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.

 

***

11:00

 

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində palçıq vulkanı püskürüb.

 

Modern.az xəbər verir ki, vulkanın videosu sosial şəbəkələrdə yayılıb.

 

Kadrlarda palçıq kütlələrinin bir neçə metr yüksəkliyə atıldığı müşahidə olunur.

 

Həmin görüntüləri təqdim edirik:

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama