Modern.az

Əliyev-Paşinyan-Putin görüşü bu tarixdə keçiriləcək

Əliyev-Paşinyan-Putin görüşü bu tarixdə keçiriləcək

Ölkə

20 Avqust 2022, 08:51

Azərbaycan və Ermənistan liderləri arasında Rusiyanın vasitəçiliyilə keçiriləcək növbəti görüşün yeri və vaxtı barədə məlumat yayılıb.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, sözügedən görüşün avqustun 31-də Moskvada keçiriləcəyi gözlənilir.
 

“Əldə etdiyimiz məlumata görə, ilkin razılaşmaya əsasən, Əliyev-Paşinyan-Putin formatında növbəti üçtərəfli görüş keçiriləcək. Rusiya dairələrindən daxil olan məlumata görə, İlham Əliyev bu görüşdə “Zəngəzur dəhlizi” məsələsini kəskin şəkildə qaldırmağa hazırlaşır. O, gözləyir ki, Nikol Paşinyan Azərbaycanın digər ərazilərini Naxçıvana birləşdirən yolun açılış tarixini, onun yerini, istismarını və bununla bağlı digər məsələlərin həllini aydın şəkildə elan edəcək. Ruslar hesab edirlər ki, Əliyev qətiyyətlidir və Paşinyanın vədlərinə inanmaq və ona vaxt ayırmağa imkan vermək niyyətində deyil”,-deyə “Hraparak” məlumatlı mənbəyə istinadən yazıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama