Modern.az

Azərbaycanda maska istehsalı 10 dəfə AZALIB

Azərbaycanda maska istehsalı 10 dəfə AZALIB

Ölkə

23 Avqust 2022, 09:46

Azərbaycanda tibbi maska istehsalı kəskin azalıb.

 

Bu barədə Modern.az-a açıqlamasında Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva bildirib. Onun sözlərinə görə, koronavirusun geniş yayıldığı dövrlə müqayisədə hazırda istehsal təxminən 10 dəfə azalıb.

 

Belə ki, bir-iki il öncə gündəlik istehsal 500-600 min olduğu halda, hazırda bu rəqəmlər 50-60 min təşkil edir.

 

“Gündə 600 min maska istehsal edə bilərik. Ancaq məhsulun satışında problem var. Bu səbəbdən indi gündəlik 50-60 min maska istehsal edirik”, - fabrik rəhbəri vurğulayıb.

 

S.Babayeva onu da qeyd edib ki, müəssisənin hazır 5 milyon tibbi maska, 10 milyon xammal ehtiyatı mövcuddur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama