Modern.az

Kəlbəcər və Laçın ATƏŞƏ TUTULDU

Kəlbəcər və Laçın ATƏŞƏ TUTULDU

Ölkə

4 Sentyabr 2022, 12:20

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, şəxsi heyət və texnikamızda itki yoxdur.

 

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama