Modern.az

Sülh danışıqları imitasiya imiş – Ancaq “Dəmir yumruq” lazımdır

Sülh danışıqları imitasiya imiş – Ancaq “Dəmir yumruq” lazımdır

Ölkə

13 Sentyabr 2022, 10:55

“Ermənistanın təxribatları bizim üçün yenilik deyil. Bu dövlət küncə sıxışdığını anlayanda təxribatlara əl atır”.

 

Bu sözləri Modern.az-a Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

 

O xatırladıb ki, 2016-cı ildə aprel hadisələri, daha sonra Goranboy təxribatı, Tovuz döyüşləri və 2020-ci ilin sentyabrında Vətən müharibəsi zamanı ermənilər öz dərsini alıblar:

 

“Amma təəssüf ki, rəsmi İrəvan bu dərslərdən nəticə çıxarmır. Hesab edirəm ki, Ermənistanın indiyə qədər sülh adı ilə apardığı danışıqlar imitasiya imiş, bu dövlət heç bir halda sülh istəmir. Moskvada, Brüsseldə keçirilən görüşlər zamanı Azərbaycanın irəli sürdüyü sülh prinsipləri Ermənistan tərəfindən sözdə qəbul edilsə də, əməldə əksini görürük. Ermənilər danışıqların müddətini uzatmaq, sülh prosesinə əngəl olmaq istəyirlər.

 

 

Ermənilər anlamalıdır ki, bu hərəkətlərin heç bir anlamı yoxdur. Ermənistanın havadarları Azərbaycanın iqtisadi, hərbi inkişafını qəbul edə bilmir. Ona görə, vaxtaşırı bu dövlətə dəstək verirlər. Qəbul edə bilmirlər ki, qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə Azərbaycan böyük tikinti quruculuq işləri aparılır. Qarabağda, Şuşada böyük tədbirlər həyata keçirilib, hər kəs orada yaradılan infrastruktur prosesini canlı şahididir.

 

Ermənistan xalqının faciəli vəziyyətinə, ölkənin biabırçı gününə baxın. Onlar hesab edirlər ki, hələ müharibə bitməyib. Onlar sanki bizdən qisas almaq istəyirlər. Halbuki “Qisas”ı biz aldıq. Avqustun 3-də onların təxribatlarına “Qisas” əməliyyatı ilə cavab verildi. Yəqin ki, bu dəfəki addımlar da “Qisas 2” əməliyyatı olacaq. Əgər ermənilərin təxribatlara davam etsələr “Qisas 3”ü də görəcəklər. Ermənistanla diplomatiya dilində danışmaq mümkün deyil. Onların başında ancaq Dəmir Yumruq olmalıdır”.

 

Xatırladaq ki, sentyabrın 13-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif hissələrində atəşkəsi davamlı olaraq pozub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI