Arxiv
16 Sentyabr 2022, 16:00 | ÖLKƏ
İlham Əliyev Səmərqənddə erməni təxribatından DANIŞDI

Xəbər verdiyimiz ki, sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

 

Modern.az dövlət başçısının çıxışının tam mətnini təqdim edir:

 

- Hörmətli Şavkat Miromonoviç.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar.

 

İlk növbədə, məni Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə dəvət etdiyinə görə Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyevə minnətdarlığımı bildirmək istərdim.

 

Bir neçə ay əvvəl mənim Özbəkistana çox uğurlu dövlət səfərim olub və bu gün yenidən qardaş Özbəkistan torpağında, qədim və gözəl Səmərqənd şəhərində olmaqdan məmnunam.

 

Qardaşım Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistan son illər sürətli inkişaf və uğurlu islahatlar yolu keçib.

 

Mən həmkarlarıma Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat vermək istərdim.

 

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib.

 

Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər.

 

Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.

 

Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir.

 

Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

 

Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.

 

2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq.

 

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.

 

Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

 

Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Hörmətli həmkarlar.

 

Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib.

 

2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.

 

Diqqətinizə görə sağ olun.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün Stadionda iğtişaş: onlarla ölən var  09:39, Bu gün Türkiyədə İŞİD üzvləri qandallandı  09:30, Bu gün Traktor aşdı: 22 nəfər öldü  09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xan həbs ediləcək - MƏHKƏMƏ QƏRARI  09:05, Bu gün Bursada ət deposu yandı 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57 İlham Əliyev Bolqarıstanda açılışa qatılıb - YENİLƏNİB 1 Oktyabr 2022, 19:54 Yaşayış binasında yanğın, 37 nəfər təxliyə edildi - YENİLƏNİB 1 Oktyabr 2022, 19:36 Azərbaycanda kompüter istehsalı artıb 1 Oktyabr 2022, 19:30 Kadırov Ukraynanı nüvə silahı ilə vurmağa ÇAĞIRDI 1 Oktyabr 2022, 19:11 İlham Əliyevin Bolqarıstana səfəri başa çatdı 1 Oktyabr 2022, 18:51 ATƏT missiyası Ermənistan-Azərbaycan sərhədinə göndərilə bilər 1 Oktyabr 2022, 18:48 Məşhur jurnalist AZƏRTAC-da ustad dərsi keçib 1 Oktyabr 2022, 18:37 Fransa Ukraynaya əlavə Sezar”lar göndərəcək  1 Oktyabr 2022, 18:33 Rusiya Liman şəhərindən geri çəkildiyini bəyan etdi 1 Oktyabr 2022, 18:14