Arxiv
17 Sentyabr 2022, 16:59 | ÖLKƏ
Şəhid xanımından dəfnlərdəki donuq baxışlı məmurlara ETİRAZ
Şəhid xanımından dəfnlərdəki donuq baxışlı məmurlara ETİRAZ

12-14 sentyabr 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımız ard-arda dəfn edilir. Dəfn mərasimlərində rayon İcra hakimiyyəti başçıları, deputatlar, ictimaiyyət və media nümayəndələri yaxından iştirak edir. Hüzn dolu mərasimlərdən ictimailəşdirilən fotolarda səlahiyyətlilərin şəhid atalarına, oğullarının nəşinin büküldüyü bayrağı təqdim edərkən göstərdiyi laqeyd münasibət, etinasızlıq, yad baxışlar gözlərdən qaçmır. Hətta sosial şəbəkə istifadəçiləri israrla belə mərasimlərə uyğun şəxslərin göndərilməsini tələb edirlər.

 

Məsələ ilə bağlı Modern.az-a danışan «Zəfər» Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova belə şəkillərə rast gəldiyini və bundan kədərləndiyini bildirib.

 

Onun sözlərinə görə, bəzi şəhid dəfnlərində çəkilmiş şəkillərdə İcra hakimiyyəti rəsmilərinin sanki etinasız yanaşdığını görmək olur:

 

 

“O şəkilləri qabaqlarına qoyub yaxşı-yaxşı baxsınlar. Orada icra başçısının bayraq təqdim edərkən görkəminə, bir də şəhid atasının həmin bayrağı alarkən görkəminə baxsınlar. Məmurla, şəhid valideyni olan vətəndaş arasındakı bütün fərq orada aydın görünür. Bayrağı təqdim edərkən şəhidin acılı atasının baxışını və ona kənardan yad baxışı aydın sezmək olur. Bu belə olmalı deyil. Bizim içimiz, canımız onlarla bir yanmalıdır. O şəhid tək o atanın şəhidi yox, bu ölkədə yaşayan böyükdən tutmuş kiçiyə qədər hər kəsin şəhididir”.

 

S.Orucova bu gün Azərbaycanın tarixinin ən acılı günlərinin yaşandığını xatırladıb:

 

“Bizim hələ də şəhidlərimiz var. Özü də gənc şəhidlərimiz var. Onların da yaşamaq hüquqları var idi. Ancaq Ermənistanın törətdiyi təxribatın qarşısını alarkən, bizə görə şəhid oldular. Biz onların ailəsini bağrımıza basmalı, acılarına həmdəm olmalıyıq. Bütün bu  hadisələrlə bağlı mən özüm sosial şəbəkə hesabımda paylaşım edirəm. Sağ olsun, vətəndaşlar da qoşulurlar. Müraciətləri yayırlar. Mən bütün çıxışlarımda bunu deyirəm ki, ən böyük bəla inamsızlıqdır. Vətəndaş məmuruna inanmır. Buna  şəraiti isə məmur özü yaradır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Ermənistanın keçmiş baş naziri erməniləri müharibəyə çağırdı 15:59, Bu gün Stansiyaların iş rejimilə bağlı yeni QƏRAR 15:48, Bu gün Sərnişindaşıma ilə bağlı TƏKLİFLƏR HAZIRLANIR - Tapşırıq verildi 15:42, Bu gün Ulu Öndərin xidmətləri gənc nəslə örnəkdir 15:38, Bu gün Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq” 15:34, Bu gün Sabiq rəisə cinayət işi açıldı – Pulla “işə” düzəldirmiş… 15:30, Bu gün Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün