Modern.az

Əcnəbilərlə nikah -  Bizimkilər ən çox hansı ölkə vətəndaşlarını seçir?

Əcnəbilərlə nikah -  Bizimkilər ən çox hansı ölkə vətəndaşlarını seçir?

Ölkə

19 Sentyabr 2022, 09:20

Qeydiyyat orqanlarında 2022-ci ilin ilk 8 ayında Azərbaycan Respublikasının vətəndaşı olan 1350 nəfərin əcnəbilə nikahı dövlət qeydiyyatına alınıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

 

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı olan 658 qadının və 692 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb.

 

Azərbaycanlılar daha çox aşağıdakı ölkə vətəndaşları ilə nikaha giriblər:

 

“Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, Ukrayna və İran İslam Respublikasının vətəndaşları ilə nikahının qeydə alınması üstünlük təşkil edib”.

 

Nazirliyə əcnəbilərlə pozulan nikahların sayına dair ünvanladığımız sorğunun cavabında bildirilib ki, bu istiqamətdə statistika aparılmadığından müvafiq sualın cavablandırılması mümkün deyil.

 

Qeyd edək ki, Ədliyyə Nazirliyinin açıqladığı statistikaya əsasən, 2019-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?