Prezidentin köməkçisi Qriqoryanla nələri müzakirə etdiyini AÇIQLADI

Prezidentin köməkçisi Qriqoryanla nələri müzakirə etdiyini AÇIQLADI

28 Sentyabr 2022, 10:18

"Biz bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edirik".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın təşəbbüsü ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən sonra mətbuata açıqlamasında deyib.

 

"Görüşün nəticələri haqda Ceyk Sullivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilmişdir. Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub", - deyə Prezidentin köməkçisi bildirib.

 

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb.

 

Həmçinin oxuyun:

Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin bu ölkələri hədələdi: Polşa Rusiya ilə müharibəyə hazırlaşır