Modern.az

Azərbaycanda ailələr ən çox bu yaşda dağılır – RƏSMİ

Azərbaycanda ailələr ən çox bu yaşda dağılır – RƏSMİ

Ölkə

28 Sentyabr 2022, 11:48

Azərbaycanda 2021-ci ildə boşanmış şəxslərin cins vә yaş qrupları üzrә bölgüsü açıqlanıb.

 

Modern.az Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərə əsasən xəbər verir ki, ötən il ümumilikdə 17191 nəfər boşanıb.

 

Onlarda 3107-si 15-29 yaşda olanlardır. O cümlədən 18-19 yaşda boşananlar 2 nəfər, 20-24 yaşda boşananlar 421 nəfər, 25-29 yaşda boşananlar isə 2684 nəfərdir.

 

Rəsmi məlumata görə, 20-24 yaşda boşananlar ümumi boşananların 2,5 faizini, 25-29 yaşda boşananlar isə 15,6 faizini təşkil edib.

 

Rəsmi göstəricilərə görə, 5 il sonra nikahı sonlandıranlar kişilər 2275 nəfər, 5-9 il sonra sonlandıranlar 814 nəfər, 10 il sonra boşananlar isə 18 nəfər olub.

 

5 il sonra boşanan qadınlar 3615 nəfər, 5-9 il sonra boşananlar 2592 nəfər, 10 il sonra boşananlar isə 435 nəfər olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır