Modern.az

Uşağı olmayan minlərlə ailə boşanıb - RƏSMİ

Uşağı olmayan minlərlə ailə boşanıb - RƏSMİ

Ölkə

28 Sentyabr 2022, 15:04

Ötən il Azərbaycanda 17 191 nikah pozulub.

 

Modern.az Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəsmi göstəricilərə istinadən xəbər verir ki, 6777 boşanma uşağı olmayan ailələrdə qeydə alınıb.

 

Münasibətlərinə rəsmi şəkildə son qoyanlardan 4525 cütlüyün 1 uşağı olub. Eyni zamanda, 2 və daha çox uşağı olan 5889 cütlük boşanıb.

 

Rəsmi rəqəmlərə əsasən, boşanma nəticəsində valideynlərdən biri ilə qalmış uşaqalrın sayı 13 245-dir. Hər 100 boşanmaya isə 127 uşaq düşüb.

 

Rəsmi orqanlar tərəfindən qeydə alınmış boşanma əmsalı şəhər yerlərində 2.1 faiz, kənd yerlərində 1.3 faiz təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir