Bütün dünya indi ondan danışır. Keçmiş göz həkimi, Suriyanın hazırki prezidenti Bəşər Əsədi dünyanın nurlu sabahını qaranlığa bürüməkdə ittiham edirlər. Dünya ictimaiyyəti hər gün TV-lərdə Suriyada baş verən qanlı toqquşmlar, güllələnən adamlarla bağlı süjetlərə həyəcanla baxırlar.
Bəşər Əsəd bütün dünya üçün arzuolunmaz şəxs elan olunub...
Ancaq... Ancaq Bəşər Əsədin normal siyasi lider kimi dünyanı gəzdiyi vaxtlar da olub.
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu nadir fotoşəkildə əks olunduğu kimi...
Bu şəkil Azərbayan Milli Məclisində çəkilib. Suriya prezidenti Bəşər Əsəd rəsmi səfərlə ölkəmizə gəlib. O zaman Suriya rəhbəri hələ “əcinnə” sayılmırdı. Daha çox perspektivli və Qərbyönlü gənc lider kimi təqdim olunurdu. Milli Məclisdə onu Azərbaycan-Suriya dostluq qrupunun rəhbəri Cavanşir Paşazadə qarşılayır. Hələ hər şey normaldı, Əsəd illər sonra başına gələcəklərini bəlkə də ağlına da gətirmir...
Suriya prezidenti Bəşər Əsədin Azərbaycana iki günlük rəsmi səfəri 2009-cu il iyulun 8-də gerçəkləşib. Səfər prezident İlham Əliyevin rəsmi dəvəti ilə baş tutub.
Modern.az