Modern.az

Ceyhun Bayramovla Ararat Mirzoyanın görüş yeri və vaxtı AÇIQLANDI

Ceyhun Bayramovla Ararat Mirzoyanın görüş yeri və vaxtı AÇIQLANDI

Ölkə

30 Sentyabr 2022, 09:44

Ermənistanın və Azərbaycanın xarici işlər nazirlərinin görüş yeri və vaxtı məlum olub.

Modern.az xəbər verir ki, xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.

Bu barədə məlumatı mediaya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi açıqlayıb.

Xatırladaq ki, Ararat Mirzoyanla Ceyhun Bayramov sonuncu dəfə sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə görüşüblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir