Modern.az

Valideyn övladının öhdəsindən gələ bilmirsə, məktəb nə etsin?!

Valideyn övladının öhdəsindən gələ bilmirsə, məktəb nə etsin?!

4 Oktyabr 2022, 13:26

Paytaxtın 112 saylı məktəbində şagirdin öz sinif yoldaşını döyərək alçaltması cəmiyyətdə böyük rezonans doğurub. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan insidentlə bağlı fərqli fikirlər səsləndirilir. Kimi Elm və Təhsil Nazirliyini, kimi məktəb direktorunu, kimi də valideynləri günahlandırır. Nəticə isə dəyişmir...

 

Bu barədə Modern.az-a danışan deputat Etibar Əliyev deyib ki, məktəblə valideyn uşağı birlikdə tərbiyə etməlidir.

 

Deputat qeyd edib ki, valideyn müəyyən vaxt kəsimində uşağını məktəbə etibar edir:

 

"Uşağın tərbiyəsini müəllimlə valideyn tamamlamalıdır. Təəsüflər olsun ki, məktəb tərbiyə funkiyasını yerinə yetirmir. Məktəbdə müllimlər ancaq test tapşırıqlarıyla məşğuldurlar. Əgər məktəb tərbiyə amilini, faktorunu üzərindən atıbsa, bu çox pis haldır. Bu cür yüzlərlə hal var.  Biz də şagird olmuşuq, amma belə hallar az-az baş verirdi. Müəllim həm dərs keçirdi, həm də tərbiyə vermək funksiyasını yerinə yetirirdi. Telefonun olması da bir faktordur. Deputat olaraq hər dəfə müraciət edirik ki, şagirdləri məktəbə qaytarmalıyıq, orada tərbiyə olunmalıdırlar”.

 

 

Ümumtəhsil məsələləri üzrə mütəxəssis Nadir İsrafilov deyib ki, bir şagirdin bu cür davranması ciddi bir siqnaldır:

 

“Yayılan videoya ürəkağrısı ilə baxdım, o görüntülər mənə bir bıçaqlanma videosundan daha ağır təsir göstərdi. Məktəblərdə son vaxtlar bu hallar çox artıb. Uşaqdakı aqresiyanın bir qaynağı var o da ailədir. Belə bir hal baş verəndə dərhal Elm və Təhsil Nazirliyini, məktəbləri qınamağa başlayırıq. Qanunlar var ki, uşağa çırtma vurmaq olmaz, sinifdə saxlamaq olmaz, məktəbdən qovmaq olmaz və s. Məktəb bütün cəmiyyətin problemidir, bu kimi məsələləri həll etməkdə acizdir. Bir valideyn övladının öhdəsindən gələ bilmirsə, məktəb necə gəlsin?!

 

Əsas günah isə valideyndədir. Cəmiyyətdə o qədər uğursuz ailələr var ki, hamısı da uşağı məktəbə bir məqsəd üçün yollayır: "başım sakit olsun". Uğursuz ailədəki uşaq da gendən asılı olaraq problemli olur. Nəticə etibarı ilə məktəb də onunla bacarmır, qovmaq da çıxış yolu deyil.  Məktəbdən qovulsa çevriləcək küçə uşağına, cəmiyyət üçün daha zərərli olacaq. Bu cür uşaqlar üçün xüsusi məktəblər olmalıdır ki, orada tərbiyə olunsunlar”.

 

 

N.İsrafilov bildirib ki, yayılan videoda məktəbin məsuliyyətszliyi də göz önündədir:

 

“Görünür ki, münaqişə bir neçə dəqiqə davam edir, amma sinfə bir müəllim belə daxil olmur. Şagirdlər isə qorxusundan biganə yanaşır. Məktəbin psixoloqu tərəfindən bu cür uşaqlar müəyyənləşdirilməli və xüsusi olaraq dərslər verilməlidir. Məktəbin məsuliyyəti danılmazdır. Ancaq əsas məsələ ona yönəlməlidir ki, bu yaşda uşaqda aqresiya nədən qaynaqlanır”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər