Modern.az

Dərman qıtlığı bizlik deyil - Səhiyyə Nazirliyi

Dərman qıtlığı bizlik deyil - Səhiyyə Nazirliyi

Ölkə

12 Oktyabr 2022, 10:32

Səhiyyə Nazirliyi ölkədə bir sıra dərmanların qıtlığının yaranması ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən Modern.az-a bildirilib ki, “Adrenalin - Zdorovye”, “Adrenalin -Darnitsa”, “Penepin” və “Penepin Jr” (sonuncu ikisi də adrenalin tərkibli dərmanlardır) dövlət qeydiyyatına alınıb.

 

Qeyd olunub ki, istənilən şirkət bu dərmanları maneəsiz olaraq ölkəyə gətirə bilər: "Bizim laboratoriyada ekspertizadan keçdikdən sonra ölkə ərazisində satışına icazə verilməsi üçün heç bir maneə yoxdur. O ki, qaldı “niyə apteklərdə yoxdur və niyə gətirilmir” sualına, bu məsələ nə Səhiyyə Nazirliyi, nə də Analitik Ekspertiza Mərkəzinin səlahiyyətinə aid məsələ deyil. Belə ki, dərmanları ölkəyə özəl şirkətlər gətirir".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama