Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Digər sərəncamla Elçin Bağırov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.