Modern.az

Elxan Poluxova yeni vəzifə verildi - SƏRƏNCAM

Elxan Poluxova yeni vəzifə verildi - SƏRƏNCAM

Ölkə

17 Oktyabr 2022, 15:15

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfiri ilə bağlı sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Elxan Polux oğlu Poluxov Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Qeyd edək ki, Elxan Poluxov bu ilin avqustunda Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasında və eyni zamanda Ekvador Respublikasında, Qayana Kooperativ Respublikasında, Surinam Respublikasında, Trinidad və Tobaqo Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama