Natiq Nuşravan oğlu Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Modern.az xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, bu il fevralın 28-də Mehdi İldırım oğlu Səlimzadə Göyçayın icra başçısı vəzifəsindən azad olunmuşdu. Həmin tarixdən bəri Göyçaya başçı təyin edilməmişdi.