Modern.az

“BakuBus”un avtobusları ilə bağlı şikayətlər artır - EKSPERT

“BakuBus”un avtobusları ilə bağlı şikayətlər artır - EKSPERT

Ölkə

23 Oktyabr 2022, 14:09

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda sərnişin avtobusu qəza törədib. Hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

 

Belə ki, “BakuBus” MMC-yə məxsus 30 nömrəli marşrut avtobusu idarəetməni itirərək “Araz” marketə çırpılıb. Hadisə zamanı avtobusa və marketə ciddi ziyan dəyib.

 

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, avtobusun əyləc sistemində nasazlıq olduğundan nəqliyyat vasitəsi yaxınlıqdakı mağazanın divarına dəyib. 

 

Modern.az-ın məlumatına görə, hadisə barədə sosial şəbəkə hesabında fikirlərini bölüşən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov son vaxtlar "BakuBus"un avtobuslarından şikayətlərin artdığını bildirib.

 

""BakuBus" MMC-yə məxsus “BMC” markalı avtobusun düşdüyü yol-nəqliyyat hadisəsi barədə məlumatda qeyd edilir ki, avtobusun əyləc sistemində nasazlıq olub. Uzağı 3 ildir ki, istismarda olan bu avtobusların belə texniki nasazlığının olması və həmin nasazlıqla istismar edilməsi təəssüf doğurur. Ümumiyyətlə, son vaxtlar "BakuBus" MMC-yə məxsus avtobuslarla bağlı şikayətlər artır. Şikayətlər səs siqnalından yersiz istifadə, siqnalın çox güclü olması, bəzi sürücülərin kobudluğu və digər məqamlarla bağlıdır. Bakı sakinlərinin fəxr etdiyi avtobuslarla bağlı belə hallar məyusedicidir. Bu MMC-də olan problemlər aradan qaldırılmalıdır. Əks təqdirdə ictimai nəqliyyatdan üz döndərənlər çoxalacaq. Bu tipli problemin kökündən həlli üçün ilk növbədə ictimai nəqliyyatın iqtisadi (maliyyələşmə) və idarəetmə problemi həll edilməlidir", - deyə ekspert qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama