Modern.az

Əhalinin 59 faizi siyasətlə maraqlanır - SORĞU

Əhalinin 59 faizi siyasətlə maraqlanır - SORĞU

24 Oktyabr 2022, 10:32

Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan rəy sorğusuna əsasən, respondentlərin 59 faizi ölkənin ictimai-siyasi həyatı haqqında müəyyən qədər maraqlanır, 23.6 faiz isə ümumiyyətlə maraqlanmır.

 

Modern.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Elnur Siracov Milli Məclisdə keçirilən siyasi partiyalarla bağlı dinləmədə deyib.

 

STM rəsmisi bildirib ki, rəy sorğusuna əsasən, respondentlərin 69 faizi ölkədə yeni siyasi partiyaların yaranmasını istəmədiyini, 26 faiz isə əlavə partiyaların yaranmasına ehtiyac olduğunu bildirib.

 

18-25 yaş arasında gənclərin çoxu yeni siyasi partiyaların yaranmasının tərəfdarıdır.

 

Rəy sorğusu 1070 nəfər arasında 47 inzibati rayonda keçirilib. Sorğu 40 sual ətrafında aparılıb. Qeyd edilib ki, sorğu iştirakçıları arasında gender və yaş bərabərliyi qorunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama