Modern.az

Baş nazirdən Qriqoryanın ittihamlarına CAVAB

Baş nazirdən Qriqoryanın ittihamlarına CAVAB

Ölkə

28 Oktyabr 2022, 14:00

Azərbaycanın suveren ərazisi müzakirə olunmur və 44 günlük müharibədə qələbədən sonra Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini bəyan edib.

 

Modern.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Astanada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın ittihamlarına cavab olaraq deyib.

 

Ə.Əsədov bildirib ki, Azərbaycan Ermənistan ilə əməkdaşlığa və sülh müqaviləsinin imzalanmasına hazırdır, lakin bir qarış torpağından əl çəkməyəcək:

 

"Azərbaycan öz torpaqlarını işğaldan azad edib və qonşu dövlətlə sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistan Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul edib. Bundan irəli gələrək , biz bu gün konstruktivizm çərçivəsində gündəlikdə duran məsələlər haqqında danışmağa çalışdıq. Lakin Ermənistan Baş nazirinin müavini tərəfindən ölkəmlə bağlı faktların qərəzli və kobud şəkildə təhrif edilməsi məni yenidən söz almağa məcbur etdi".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama