Modern.az

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti UZADILDI 

Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti UZADILDI 

Ölkə

1 Noyabr 2022, 20:09

Azərbaycanda olan Türkiyə hərbi kontingentinin xidmət müddəti daha bir il uzadılıb.

 

Modern.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.

 

Müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul olunub.

 

Qeyd edək ki, işğaldan azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı 2021-ci il yanvarın 30-da həyata keçirilib.

 

Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Burada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi