Modern.az

Prezidentdən iki sabiq deputatla bağlı SƏRƏNCAM

Prezidentdən iki sabiq deputatla bağlı SƏRƏNCAM

30 Noyabr 2022, 17:02

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, təltif edilənlər arasında iki sabiq deputat da var.

Belə ki, Eldar Şamxal oğlu Abbasov və Musa Həzi oğlu Musayev “Tərəqqi” medalı ilə təltif olunub.
 

Qeyd edək ki, Eldar Abbasov 1995-2000-ci illərdə fəaliyyət göstərmiş I çağırış Milli Məclisin üzvü olub. O, parlamentə 24 saylı I Nərimanov seçki dairəsindən deputat mandatı qazanmışdı.


Eldar Abbasov 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfərdən biridir.
O, 1994-2006-cı illərdə Respublika Elmi-Artroloji Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Musa Musayev 1992–1994-cü illərdə YAP Nəsimi rayon təşkilatının sədri işləyib. O, 2000–2005-ci illərdə II çağırış Milli Məclisin deputatı olub. M.Musayev 2000-ci il noyabrın 5-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdi. Sabiq deputat 2006–2010-cu illərdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Qeyd edək ki, hər iki sabiq deputat uzun müddət hakim Yeni Azərbaycan Partiyasından incik olub. Onlar son 10 ildə Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən YAP-a yaxın buraxılmayıb.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər