Modern.az

Cənubdakı soydaşlarımız Xudafərin körpüsünə buraxılmır

Cənubdakı soydaşlarımız Xudafərin körpüsünə buraxılmır

5 Dekabr 2022, 11:44

Cənubi Azərbaycanda yaşayan soydaşlarımız İranın hakim rejimi tərəfindən Araz çayının sahilinə, Xudafərin körpüsünə buraxılmır.

 

Modern.az xəbər verir ki, bunu ötən gün Cəbrayıl və Zəngilana səfər etmiş Güney Azərbaycanın milli fəalı, Günaz TV-nin rəhbəri Əhməd Obalı Mətbuat Şurasında keçirilən görüşdə deyib.

 

“Torpaqlarımız işğaldan azad olunduqdan sonra cənubdakı soydaşlarımız Araz çayının sahilinə, Xudafərin körpəsinə buraxılmırlar. Orada ancaq İranın hərbçiləri görünür”, - deyə Ə.Obalı bildirib.

 

Qeyd edək ki, ötən gün Güney Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı nadir tarixi abidə olan Xudafərin körpüsünə səfər edib.

 

"Təsəvvür etmək çox çətindir. Mən 42 il əvvəl Arazın o tayından ayrılmışam, uzun müddətdir o tərəfə keçə bilmirəm. Amma zaman yaxınlaşır. İndi Arazın o tayının – bizim tərəfin azadlığının vaxtı gəlib çatıb", - milli fəal vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?