Modern.az

Ərdoğan Azərbaycan əsgərlərinə səsləndi: “Düşmənləri qorxutdunuz”

Ərdoğan Azərbaycan əsgərlərinə səsləndi: “Düşmənləri qorxutdunuz”

6 Dekabr 2022, 14:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə hərbi təlimlərindən sonra Azərbaycan əsgərlərinə müraciət ünvanlayıb.

 

Modern.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan “Qardaş Yumruğu” təlimlərini yüksək qiymətləndirdiyini söyləyib.

 

“Bizi heç kim ayıra bilməz. Türkiyə-Azərbaycan qardaşlığı bundan sonra da güclənərək davam edəcək. Türkiyə olaraq azərbaycanlı qardaşlarımızı candan sevirik” - Ərdoğan telefon vasitəsilə təlim iştirakçılarına müraciətində deyib.

 

“Siz dosta güvən verdiniz, düşmənləri qorxutdunuz. Tək millət iki dövlət anlayışı ilə bu hərbi təlimləri uğurla başa çatdırdınız. Çətin ərazi və hava şərtlərində keçirilən hərbi təlimlər iki ölkə ordusunun güclənməyinə töhfə verəcək. Sizi bağrımıza basırıq”, - deyə Ərdoğan söyləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir