Modern.az

Yeni ili restoranda qarşılamaq istəyənlər - Əliniz cibinizdə olsun!

Yeni ili restoranda qarşılamaq istəyənlər - Əliniz cibinizdə olsun!

Ölkə

7 Dekabr 2022, 14:32

Özəl günləri, bayramları restoranlarda qeyd etmək artıq adət halını alıb. Hər kəs özəl günü yadda qalan və rahat qeyd etmək üçün restoranlara üz tutur. Qiymətlər hər il artsa da, tələbət azalmır, əksinə daha çoxalır.

 

Paytaxtda fəaliyyət göstərən restoranların əksəriyyəti yeni il ilə bağlı olaraq özəl yeni il gecəsi şənliyi tərtib edib. Bu restoranlarda qiymətlər müxtəlif olsa da, yerlərin bir hissəsi indidən bron edilib. Yeni ilə 23 gün qalmış bəzilərinin "restoranlarda 31 dekabra yer yoxdur" gileyilə kiçik araşdırma apardıq. Həm boş yeri olan restoranları müəyyənləşdirdik, həm də menyu qiymətlərini öyrəndik.

 

Modern.az Yeni il gecəsi restoranlarda təklif olunan qiymətləri təqdim edir.

 

“Cratos hall”da Yeni il axşamı üçün menyu 150-250 arasında dəyişir. Qiymətlər masada və divanda olmaqla dəyişir. Qiymətə isə açıq menyu daxildir. Rezerv üçün boş yerlər mövcuddur.

 

“Nar Şərab” restoranında qiymətlər adam sayına və zala görə dəyişir. Belə ki, restoranın "Kristal" zalında 1 nəfər üçün qiymət 200 manat, "Golden" zalda 1 nəfər üçün qiymət 120 manatdır. Öncədən rezervasiya isə minimum 4 nəfər üçün qəbul olunur. 31 dekabr üçün rezervasiya məhdud saydadır.

 

“Monte Napeleone Premium”da da qiymətlər zala görə dəyişir. Banket otaqlarında depozit qiyməti adam sayına görə hesablanır. Adambaşına depozit 70 manatdır, menyu da depozitə daxildir. Zallardakı qiymətlər isə 150-600 manat arasındadır. Bu qiymətlər 15 dekabrdan sonra 2 qat qalxacaq. Hələ ki, rezerv üçün boş yerlər var.

 

“Atlantis” restoranında Yeni il üçün depozit qiymətləri  adambaşına 70 manatdan başlayır 150 manata qədər artır. Bu qiymətlərə menyu da daxildir.

 

“Kaddeh Baku” da səhnə önü masalar 1 nəfər üçün 300 manat, kənar masalar 1 nəfər üçün 250 manat nəzərdə tutulub. Rezerv edənlərin çox olması səbəbindən restoranda Yeni il axşamı üçün yerlər məhdud saydadır.

 

“Çhayki” restoranında bayram günü adambaşı qiymətlər 300 manatdan başlayır. Depozit və menyu qiymətə daxildir.

 

“Manzara Baku”da Yeni il gecəsi üçün adambaşına menyu və depozit 200-300 manat aralığındadır. 4-8 nəfərlik kabinetin qiyməti isə 1000 manatdır.

 

“Don Villa” restoranında masa arxası qiymətlər 200-250 manat arasında yerləşir. Divan arxası qiymətlər isə 1 nəfər üçün 250 manatdır. Depozit üçün yer sayı məhduddur.

 

“Gilənar” restoranında 1 nəfər üçün menyu 90 manat, uşaqlar üçün isə 45 manat təşkil edir. Rezerv üçün yerlərin sayı çoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır