Modern.az

İlin sonunadək Əliyev-Paşinyan görüşü keçirilə bilər

İlin sonunadək Əliyev-Paşinyan görüşü keçirilə bilər

7 Dekabr 2022, 14:52

Ermənistan və Azərbaycan liderlərinin ilin sonuna qədər görüşməsi mümkündür.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Hələlik görüşün harada keçiriləcəyi ilə bağlı məlumat yoxdur, lakin biz istənilən mənalı müzakirəyə hazır olduğumuz üçün Brüsseldə görüşməyə hazırıq. Bilirsiniz ki, dünən baş nazirin müavinləri səviyyəsində Moskvada toplantı keçirilib və növbəti görüşlə bağlı razılıq əldə olunub. Yenə deyirəm, dövlət başçıları səviyyəsində bu görüşlə bağlı hələlik konkret məlumatımız yoxdur, lakin görüşün ilin sonuna qədər baş tutması mümkündür”, - Simonyan ölkə liderləri səviyyəsində görüşün keçirilməsinin mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər