Modern.az

Erməniyönlü konresmenlərə zərbə: anti-Azərbaycan sənədi keçmədi

Erməniyönlü konresmenlərə zərbə: anti-Azərbaycan sənədi keçmədi

10 Dekabr 2022, 17:30

ABŞ Konqresinin Nümayəndələr Palatası 2023-cü maliyyə ili üçün ölkənin müdafiə büdcəsi layihəsində ermənipərəst konqresmenlərin təklif etdiyi anti-Azərbaycan düzəlişlərini qəbul etməyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Konqresin 350 üzvü 858 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən Milli Müdafiə Səlahiyyətləri Aktının (NDAA) lehinə səs verib.

Erməniyönlü konqresmenlər sənədin əleyhinə səs veriblər: Demokratlar Adam Sciff, Frank Palon, Cudi Çu və respublikaçı Qus Bilirakis.

Demokrat konqresmenlər Robert Menendez və Aleks Padilla tərəfindən ölkənin 2023-cü maliyyə ili müdafiə büdcəsi təklifinə iki düzəliş, Jackie Speier, Frank Pallon, Adam Schiff və Tony Cardenas tərəfindən beş düzəliş təklif edilmişdi.

682 və 724 saylı düzəlişlər ABŞ-ın Azərbaycana yardımını qadağan etməyi nəzərdə tuturdu.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama